Azərbaycan neftinin qiyməti isə qismən ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 51,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar bahalaşaraq 48,23 dollar olub.
Azərbaycan neftinin qiyməti isə qismən ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,08 dollar ucuzlaşaraq 50,97 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.