Azərbaycan neftinin qiyməti bahalaşıb

İqtisadiyyat

13.08.2020 - 13:30

Həkimlər Klinikalar SEO Xidməti

Dünya birjalarında neftin qiyməti isə ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 45,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar azalaraq 42,54 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar artaraq 45,75 dollar olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az