“Xersonun bir neçə yaşayış məntəqəsi azad edilib” - Zelenski

Dünya

06.10.2022 - 08:18

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti ordunun irəliləyişinin davam etdiyini deyib

Ukraynanın Xerson vilayətinin üç kəndi - Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka Rusiya hərbçilərindən azad edilib.

AYNA “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Təkcə bu günlərdə Xerson vilayətində Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka kimi yaşayış məntəqələri psevdoreferendumdan azad edilib və sabitləşdirilib", - Prezident deyib.

Zelenski bildirib ki, ordunun irəliləyişi davam edir. O, həmçinin İranın 6 pilotsuz təyyarəsini vurmağa nail olan Ukrayna Hərbi Hava Qüvvələrinin döyüşçülərinin qəhrəmanlığını qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş