Vahid Mustafayevdən ANS ÇM-lə bağlı AÇIQLAMA

Xəbərlər

14.01.2022 - 16:50

Həkimlər Klinikalar SEO Xidməti

"ANS-in olmadığı təqdirdə ilk FM radiosu statusu Gürcüstanın və Ermənistanın ayağına yazılır"

"Bu dəfə də biz, Azərbaycanın ilk FM Radiostansiyası olan ANS ÇM kollektivi tenderdə iştirak edəcək. Bu artıq bizim 4-cü cəhdimiz olacaq və inşaallah, Milli Televiziya və Radio Şurası (MTRŞ) Qafqaz və Orta Asiyanın ilk Radiosunun səsinə səs verər və Azərbaycanın bu sahədə birinciliyini bərqərar edər". 

AYNA xəbər verir ki, bu sözləri 6 ilə yaxındır fəaliyyəti dayanan ANS telekanalının rəhbəri Vahid Mustafayev deyib. 

V.Mustafayev qeyd edib ki, ANS-in olmadığı təqdirdə ilk FM radiosu statusu Gürcüstanın və Ermənistanın ayağına yazılır: "Bir də ki, 25 min şəhidi olan bir ölkənin şəhid adını daşıyan radiosu olsa, qardaş bacılarımızın da ruhu şad olar".

Qeyd edək ki, Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə müsabiqə elan edilib. Müsabiqə üçün tələb оlunan sənədlər 2022-ci il yanvarın 17-dən fevralın 17- dək qəbul еdilir.

Xatırladaq ki, Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş