İki rayonun sakinlərinə xəbərdarlıq olunur

Xəbərlər

18.10.2019 - 10:57

Bir neçə yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti dayandırmalar olacaq

 

Bir sıra ərazilərdə qaz təchizatında fasilələr yaranacaq. AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.
 

Məlumatda bildirilir ki, oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, M.Sənani və akademik Həsən Əliyev küçələrində qaz təminatında fasilələr yaranacaq.

 

Saat 10:00-dan 16:00-dək isə təmir işlərinin aparılmasına görə Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə