Oktay Gülalıyevdən xəbər var

Xəbərlər

19.11.2019 - 17:45

Hüquq müdafiəçisi Amerikan Xəstəxanasına köçürülüb

 

Oktyabrın 29-da küçədə avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhəri ilə bağlı yeni xəbər var. AYNA xəbər verir ki, onun oğlu Təbriz Gülalıyev son durumla bağlı sosial şəbəkədə paylaşım edib.

 

“Atam Oktay Gülalıyev İstanbulda yerləşən Amerikan Xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - deyə T.Gülalıyev bildirib.

 

Qeyd edək ki, O.Gülalıyev oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub. Ağır kəllə-beyin travması alan hüquq müdafiəçisi Bakıda başından əməliyyat olunub.

 

Daha sonra Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəyə yola salınan O.Gülalıyev “Avrasiya” Klinikasına yerləşdirilib. Onun müalicə xərclərini Fond öz üzərinə götürüb.

Müəllif: Ayna.az