Atılan 83 raketdən 43-ü Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın oktyabrın 10-da səhər saatlarında Ukrayna şəhərlərini atəşə tutulması ilə bağlı məlumat paylaşıb. AYNA UNİAN-a istinadən bildirir ki, Ukrayna ərazisinə raketlər Xəzər dənizindən və Nijni Novqoroddan atılıb.
Baş Qərargahın məlumatında qeyd edilib ki, 83 raket zərbəsi endirilib.
“Bu gün saat 06:20-dən 11:15-dək Rusiya Federasiyası Xəzər dənizindən və Nijni Novqoroddan Kiyev, Lvov, Priluki, Xmelnitski, Dnepr, Nijin, Jitomir, Xarkov şəhərlərinə raket və hava zərbələri endirib", - məlumatda vurğulanıb.
Bildirilib ki, atılan 83 raketdən 43-ü Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib: “İşğalçılar həmçinin müvəqqəti işğal olunmuş Krım və Belarus ərazisindən buraxılmış 17 ədəd “Shahed 136” kamikadze pilotsuz uçan aparatdan da istifadə ediblər”.