Daxili işlər naziri və onun birinci müavini helikopter qəzası nəticəsində dünyasını dəyişib
Bu gün səhər saatlarında Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri Brovarıda qəzaya uğrayıb. AYNA ZN.UA-ya istinadən bildirir ki, bu barədə Milli Polisin rəhbəri İqor Klimenko məlumat verib.
Onun sözlərinə görə, qəza nəticəsində Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub.
“Daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin qəza nəticəsində dünyasını dəyişib”, - deyə Klimenko bildirib.
Qəza nəticəsində 2-si uşaq olmaqla, ümumilikdə 16 nəfər ölüb. Ölənlərdən 9-u helikopterin göyərtəsində olanlardır.
22 zərərçəkən xəstəxanadadır, onlardan 10-u uşaqdır.