Ukraynada Rusiyaya bağlı dini təşkilatların fəaliyyəti qadağan ediləcək

Dünya

02.12.2022 - 12:33

Hökumətə qanun layihəsini Ali Radaya təqdim etmək tapşırılıb

Ukrayna hökuməti Kiyevin Rusiyaya bağlı olduğuna inandığı dini təşkilatların fəaliyyətini qadağan edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident qeyd edib ki, Ukraynada elə şərait yaratmaq lazımdır ki, “təcavüzkar ölkədən asılı olan fiqurlar ukraynalıları manipulyasiya edə bilməsinlər”.

 “Milli Təhlükəsizlik və Müdafiə Şurası hökumətə Rusiya Federasiyasındakı təsir mərkəzlərinə bağlı dini qurumların Ukraynada fəaliyyətinin qeyri-mümkünlüyünə dair qanun layihəsini Ali Radaya təqdim etməyi tapşırıb”, - deyə Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Ukraynanın müəyyən dini dairələri ilə Rusiya arasında əlaqələr müzakirə olunub.

Müəllif: Ayna.az