Vasili Lozinskini korrupsiyada şübhəli bilinir
Ukraynanın Nazirlər Kabineti icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinskini vəzifəsindən azad edib.
AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Kubrakov məlumat verib.
“Büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ifşa edilib. Cinayətkar qruplaşmaya Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini də daxildir", - deyə Kubrakov qeyd edib.