Ukraynada müharibə zamanı 380 uşaq həlak olub

Dünya

03.09.2022 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

Ən çox uşaq ölümü Donetsk vilayətində qeydə alınıb

Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 380 uşaq həlak olub. Eyni zamanda 737 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə AYNA Ukrayna Baş Prokurorluğun "Telegram"dakı paylaşımına istinadən xəbər verir.

Müharibə zamanı ən çox Donetsk vilayəti (388 uşaq), Xarkov (204 uşaq), Kiyev (116 uşaq), Çerniqov (68 uşaq), Nikolayev (67 uşaq), Luqansk (61 azyaşlı), Xerson (55 uşaq) və Zaporojyedə (45 uşaq) zərər çəkib.

Beləliklə, Rusiyanın hərbi təcavüzü nəticəsində zərər çəkən uşaqların sayı 1 117-yə yüksəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş