Ukraynada əsir götürülən rus hərbçilərinin sayı açıqlanıb

Dünya

19.03.2022 - 22:58

Həkimlər Klinikalar SEO Xidməti

Əsirlərlə beynəlxalq humanitar hüquqa uyğun davranılır

“Hazırda əsir götürülmüş 562 Rusiya hərbçisi rəsmi olaraq Ukraynadadır”.

AYNA xəbər verir ki, bunu Ukrayna baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri İrina Vereşuk bildirib.

Onun sözlərinə görə, bütün hərbi əsirlərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılır.

“Hazırda bizdə rəsmi olaraq Rusiya Federasiyasının 562 hərbi əsiri var”, - o, “TSN” telekanalına müsahibəsində deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş