Ukraynada alman jurnalist yaralanıb

Dünya

03.01.2023 - 15:28

cedabet dərman SEO Xidməti

"Bild” qəzetinin müxbiri nahar edərkən qəlbə yarası alıb

Almaniyanın “Bild” qəzetinin əməkdaşı Byorn Stritzel Ukraynada qəlpə yarası alıb. AYNA xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Yohannes Boye “Twitter” hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, müxbir o qədər də ciddi xəsarət almayıb: “Onun hazırda həyatı üçün ciddi təhlükə yoxdur”.

“Lakin bu, Ukraynada jurnalistlərin işləməsi üçün çətinliklərin olduğu faktıdır”, - Boye əlavə edib.

Stritzel özü yaxşı olduğunu və yalnız alnında yara qaldığını bildirib. Jurnalist yaralandığı partlayışın nahar edərkən baş verdiyini deyib.

Qeyd edək ki, bundan əvvəl Yaponiyanın “The Asahi” qəzetinin jurnalisti Kiyevdə yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş