Ukraynaya hərbi yardımların göndərilməsi davam edir
Slovakiya həqiqətən də Ukraynaya dörd MiQ-29 təyyarəsi təhvil verib.
AYNA-nın məlumatına görə, faktı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiqləyib.
“İlk dörd MiQ-29 qırıcısı təhlükəsiz şəkildə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Köçürmə Slovakiya Hərbi Hava Qüvvələrinin köməyi ilə ukraynalı pilotlar tərəfindən həyata keçirilib”, - məlumatda deyilir.