Ukrayna ordusu Krımda əməliyyat keçirəcək

Dünya

28.11.2022 - 15:02

Arestoviç Kiyevin planlaşdırdığı bu əməliyyatın təfərrüatlarını açıqlamayıb

Ukrayna ordusu Krımda əməliyyat keçirməyə çalışacaq. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç “Telegram” kanalında yazıb ki, əməliyyatın keçirilməsi “zaman məsələsidir”.

Aparat rəsmisinin sözlərinə görə, Ukrayna ordusu yarımadaya yaxınlaşanda bu, Krım rus qoşunları üçün “tələyə çevriləcək”.

Arestoviç Kiyevin planlaşdırdığı bu əməliyyatın təfərrüatlarını açıqlamayıb.

Müəllif: Ayna.az