“Ukrayna cəbhədə irəliləyiş əldə edə bilməsə, Qərb dəstəyi dayandıracaq”

Dünya

02.04.2023 - 12:49

Barri Hanton: “Ukrayna özü üçün uyğun danışıqlar şəraiti hazırlamaq üçün bir sıra əks-hücumlar təşkil etməlidir”

“Qərb ölkələri Ukraynaya verilən hərbi arsenalla cəbhədə irəliləyiş əldə edə bilməsə, ona dəstəyi dayandıracaq”. AYNA xəbər verir ki, bu barədə “Associated Press”in analitiki Barri Hanton deyib.

Hanton hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin uğur qazanmaması Qərbin Kiyevə bahalı silahlar ötürmək istəməməsinə səbəb ola bilər.

Analitik onu da bildirib ki, Ukrayna özü üçün uyğun danışıqlar şəraiti hazırlamaq üçün bir sıra əks-hücumlar təşkil etməlidir.

“Əlbəttə, Ukraynanın məğlubiyyətinin qlobal nəticələri olacaq. Çünki belə vəziyyətdə “Avropa təhlükəsizliyinin adi anlayışı” aradan qalxacaq”, - Hanton əlavə edib.

Bundan əvvəl “The New York Times” yazıb ki, ABŞ Konqresində Ukraynaya hərbi və maliyyə dəstəyin artırılmasının tərəfdarları ölkə vətəndaşlarının Kiyevə yardımdan yorulub, Prezident Co Baydenin siyasətindən məyusluq və narahatlıqlar var.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə