"Twitter" Trampla bağlı paylaşıma görə Xameneinin hesabını bağladı

Dünya

16.01.2022 - 00:43

Həkimlər Klinikalar SEO Xidməti

Trampın öldürülməsini əks etdirən animasiya paylaşdıqdan sonra hesab dondurulub

"Twitter" ABŞ-ın sabiq Prezidenti Donald Trampı təhdid edən yazı ilə çıxış edən İranın Ali lideri Əli Xameneinin hesabını bağlayıb. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xameneinin “khameneisite” adlı rəsmi "Twitter" səhifəsi İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə göstəriş verən Trampın öldürülməsini əks etdirən animasiya paylaşdıqdan sonra hesab dondurulub.

Daxil olmaq istəyənlər "Hesab dayandırıldı. "Twitter"in qaydalarını pozan hesablar dayandırılır" xəbərdarlığı ilə qarşılaşır.

Qeyd edək ki, Xameneinin rəsmi internet saytında və saytın sosial media hesablarında “İntiqam qətidir” mesajı ilə Süleymaninin öldürülməsinə göstəriş verən Trampın öldürüldüyünü göstərən animasiya yayımlanıb.

Xatırladaq ki, Xameneinin internet saytının “khamenei_site” Tvitter hesabı da keçən il Trampa sui-qəsdi nəzərdə tutan yazıya görə bağlanmışdı.

"Twitter" Trampla bağlı paylaşıma görə Xameneinin hesabını bağladı "Twitter" Trampla bağlı paylaşıma görə Xameneinin hesabını bağladı
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş