Türkiyədə zəlzələdə həlak olanların sayı 12 min 873 nəfərə çatıb

Dünya

09.02.2023 - 11:49

Fövqəladə Halların İdarə Olunması Agentliyi növbəti statistikanı açıqlayıb

Türkiyədə zəlzələ nəticəsində indiyədək 12 min 873 nəfərin həlak olub, 62 min 937 nəfər yaralanıb. AYNA xəbər verir ki, bu, Türkiyə saatı ilə 7:45-ə olan məlumatdır.

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) növbəti statistikanı açıqlayıb.

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 1117 afterşok qeydə alınıb. Zəlzələ bölgəsinə 113 mindən çox personal cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarında 24 min 727 xilasedici iştirak edir. Xarici ölkələrdən 5 min 709 nəfər xilasedici gəlib. Zəlzələdən ən çox zərər çəkən 10 şəhərdə 92 min 738 çadır qurulub.

Müəllif: Ayna.az