Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 153 nəfər ölüb. AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 410 min 116 nəfərin test edildiyi, 75 min 564 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 51 min 675 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.