Türkiyədə sel nəticəsində 13 nəfər həlak olub

Dünya

15.03.2023 - 18:53

Ölənlərin sayının artacağı istisna deyil

Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı 13-ə çatıb.

AYNA xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, hələ də itkinlər var, ölənlərin sayının artacağı istisna deyil.

Xatırladaq ki, sel Adıyaman və Şanlıurfa şəhərlərini əhatə edir.

Müəllif: Ayna.az