Türkiyə Suriya ilə sərhədə qoşun yığıb

Dünya

28.11.2022 - 23:54

Türkiuə quru əməliyyatlarına hazırlaşır

Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrdə hazırlığı başa çatıb. AYNA xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Ordu bölmələri sərhədə bitişik ərazilərdə quru əməliyyatının başlaması üçün əmr gözləyir.

Bundan əvvəl noyabrın 27-də Türkiyə milli müdafiə naziri Hulusi Akar ordu komandanlığı və sərhədyanı bölgələrdəki birlik komandirləri ilə videokonfrans keçirib.

Müəllif: Ayna.az