“Kiyevin hərəkətləri bütün dünyaya mənfi təsir göstərir”
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumlarını "utancverici" adlandırıb. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə “Newsmax”a verdiyi müsahibədə bildirib.
ABŞ lideri deyib:“Kiyevin hərəkətləri bütün dünyaya mənfi təsir göstərir. Siz mənə deyirsiniz ki, Volodimir Zelenski yenidən neft emalı zavodlarına zərbə endirir. Onun etdiyi yeganə şey dünyada neft qiymətlərini qaldırmaqdır. Düşünürəm ki, bu, utancvericidir".
"Bizim və dünyanın ehtiyac duyduğu dizel yanacağı istehsal edən neft emalı zavodlarına zərbə endirəndə dünya üçün yaxşı bir şey etmirsiniz", Tramp vurğulayıb.