Yaponiya Kuril adalarında keçiriləcək təlimlərə görə Rusiyaya etiraz edib
Aprelin 18-dən 22-dək Kuril adalarının cənub hissəsində keçiriləcək hərbi təlimlərə görə Tokio Moskvaya etiraz edib. AYNA “Reuters”ə istinadən bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
“Rusiya hakimiyyətinin sahil mühafizəmizə göndərdiyi bildirişə əsasən, aprelin 18-dən aprelin 22-dək İturup adası ərazisində raket atışları təlimləri planlaşdırılır. Rusiyanın şimal ərazilərində hərbi mövcudluğunu gücləndirməsi Tokionun mövqeyinə ziddir. Kuril adalarının cənub hissəsi Yaponiya ərazisidir”, - Yaponiya rəsmisi qeyd edib.