Tiflisdə müxalifət partiyasının sədri saxlanılıb

Dünya

02.12.2024 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Zurab Caparidzenin hansı maddə ilə saxlanıldığı açıqlanmır

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tiflisdə müxalif “Qirçi - Azadlıq” Partiyasının sədri Zurab Caparidzeni saxlayıblar. AYNA xəbər verir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.

Caparidze gecə parlament binası yaxınlığında keçirilən etiraz aksiyası dağıdılandan sonra Vake rayonunda bir neçə həmkarı ilə birlikdə qaldığı evdə saxlanılıb.

Müxalifətçinin hansı maddə ilə saxlanıldığı açıqlanmır. DİN hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ötən gecə Gürcüstan Parlamentinin binası yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb və gecə boyu davam edib. Artıq dördüncü gündür ki, səhərə qədər davam edən etiraz aksiyaları çevik qüvvələrin aksiyaları dağıtması ilə başa çatır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş