Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Xəbərlər

18.06.2026 - 23:28

Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) bu günə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv edilib.

AZAL-dan AYNA.AZ-a bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş