Evlənənlərin və boşananların sayı açıqlanıb

Xəbərlər

18.06.2026 - 14:39

11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb

Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb.

AYNA.AZ xəbət verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş