"Rusiya Ukraynanın Moskvaya hucumuna cavab verəcək"
Rusiya Ukrayna Silahlı Qüvvələrinin hücumlarına sistemli şəkildə cavab vermək niyyətindədir.
AYNA.AZ bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya-ASEAN biznes sammitində jurnalistlərə danışan nazir qeyd edib ki, o, çoxdan yalnız sözlərin təsirsiz olduğu qənaətinə gəlib.
Lavrov həmçinin Rusiyanın Ukrayna ordusunun strateji əhəmiyyətli hədəflərinə müntəzəm hücumları həyata keçirəcəyini bildirən Putinin mövqeyinə istinad edib.
“Prezidentin bir müddət əvvəl, Kiyevin son hərəkətindən sonra Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin birbaşa asılı olduğu hədəflərə müntəzəm olaraq kütləvi qrup hücumları həyata keçirəcəyimizi elan etməsi təsadüfi deyil”, – deyə diplomat bildirib.