“Politico”: ABŞ Hörmüz boğazından pullu keçidi müzakirə edir

Dünya

17.06.2026 - 18:27

Ağ Ev gəmi sahiblərini və sığorta şirkətlərini Hörmüz boğazına cəlb edəcək variantları araşdırır

Vaşinqton ABŞ hərbi gəmiləri tərəfindən qorunan Hörmüz boğazından pullu keçidi müzakirə edir. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ağ Ev ABŞ və İran arasında davam edən danışıqlar fonunda gəmi sahiblərini və sığorta şirkətlərini Hörmüz boğazına cəlb edəcək variantları araşdırır. Xüsusilə, gəmilər üçün "VIP keçidləri"nin təmin edilməsi ilə bağlı müzakirələr aparılır - boğazdan ödənişli sürətləndirilmiş keçid, ABŞ hərbi gəmilərinin müşayiəti ilə.

Nəşrin jurnalistləri hələlik yekun qərarın verilmədiyini vurğulayırlar.

“Kpler” analitik şirkəti bildirir ki, təxminən 500 gəmi, o cümlədən 220 neft tankeri Hörmüz boğazının girişində Fars körfəzindədir. Hamısı boğazdan təhlükəsiz keçidi gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş