“Neft axır, İran heç vaxt nüvə silahına sahib ola bilməz-dünya təhlükəsiz olacaq!"
"İranın heç vaxt nüvə silahı olmayacaq". AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
O bildirib ki, ABŞ heç vaxt olmadığı qədər güclüdür.
“Neft axır, İran heç vaxt nüvə silahına sahib ola bilməz-dünya təhlükəsiz olacaq! Birjalar sürətlə böyüyür, məşğulluq rekord səviyyədədir və qiymətlər düşür – əlçatanlıq! Ölkəmiz hər zamankından daha güclü, təhlükəsiz və hörmətlidir”, – Tramp qeyd edib.