ABŞ Yaxın Şərqdəki hava qüvvələrini əlavə F-35A təyyarələri ilə gücləndirib

Dünya

18.06.2026 - 12:47

Pentaqon Yaxın Şərqə əlavə hava qüvvələri yerləşdirməyin məqsədini açıqlamayıb

ABŞ Böyük Britaniyadan Yaxın Şərqə əlavə 18 ədəd beşinci nəsil F-35A qırıcı təyyarəsi yerləşdirib. AYNA.AZ xəbər verir ki, bu barədə "Army Recognition" hərbi nəşri məlumat yayıb.

Bildirilib ki, onlar İordaniyadakı Müvəffəq Salti Hava Bazasına çatıblar. Bu bazada İranla münaqişədən əvvəl 30 F-35A qırıcısı da daxil olmaqla, regiondakı ən böyük Amerika döyüş təyyarəsi kontingenti yerləşdirilmişdi.

Hazırda Yaxın Şərqdəki Amerika taktiki hava qüvvələrinin İordaniya, İsrail, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hava bazalarında, eləcə də Ərəb dənizindəki iki təyyarədaşıyan gəmidə yerləşən təxminən 300 döyüş təyyarəsi var. Bunlara İrana qarşı əməliyyatda fəal rol oynayan F-35A, F-15E, F-16 və F/A-18 qırıcıları, eləcə də A-10 hücum təyyarələri daxildir.

Bundan əlavə, ötən həftə Amerikanın İrana qarşı iki əməliyyatı fonunda ABŞ Böyük Britaniyadakı Fairford hava bazasındakı B-1B və B-52H strateji bombardmançı təyyarələrinin sayını artırdı və ora əlavə dörd təyyarə gəlib.

Hazırda aviabazada 18 B-1B “Lancer” strateji bombardmançı təyyarəsi və doqquz B-52H “Stratofortress” təyyarəsi yerləşir. İranla münaqişə zamanı onlardan gündəlik olaraq İranın vacib hədəflərinə, xüsusən də möhkəmləndirilmiş ballistik raketlərin yerləşdirilməsi, saxlanması və istehsal sahələrinə zərbələr endirmək üçün istifadə olunurdu.

Pentaqon Yaxın Şərqə əlavə hava qüvvələri yerləşdirməyin məqsədini açıqlamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş