Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 19-da respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.