"/>

Mehriban Əliyeva neftçiləri təbrik etdi: <font color=red> "Sizinlə fəxr edirik"</font>

Xəbərlər

20.09.2019 - 11:33

"Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun"

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.

 

AYNA Mehriban Əliyevanın "Instagram" səhifəsində paylaşdığı təbrik mətnini tədim edir: 

 

“İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

 

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

 

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə