Şahbaz Şərif ABŞ-İran memorandumunun qüvvəyə mindiyini elan edib

Dünya

18.06.2026 - 17:05

“İlk addım olaraq Tehran Hörmüz boğazını açacaq və Vaşinqton blokadanı aradan qaldıracaq”

ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan dərhal sonra qüvvəyə minib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

“İlk addım olaraq Tehran Hörmüz boğazını açacaq və Vaşinqton blokadanı aradan qaldıracaq”, - deyə Şərif “X”də yazıb: "İslamabad Anlaşma Memorandumu dərhal qüvvəyə minir və ilk addım olaraq, İran İslam Respublikası dərhal Hörmüz boğazını açacaq və Amerika Birləşmiş Ştatları dərhal dəniz blokadasını ləğv edəcək.

O sənədin hər iki ölkənin prezidentləri tərəfindən imzalandığını və vasitəçi kimi özü tərəfindən təsdiqləndiyini deyib.

Pakistanın Baş naziri vurğulayıb ki, "bu sazişin hər iki ölkə hökumətlərinin ən yüksək səviyyəsində imzalanması hər iki tərəfin münaqişənin diplomatik yolla həllinə sadiqliyini nümayiş etdirir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş