Ankara Hörmüzdə təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə hazırdır

Dünya

18.06.2026 - 16:20

“Ankara ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı alqışlayır"

Türkiyə Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyə hazırdır. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Hörmüz boğazındakı hadisələri yaxından izləyirik. Boğazda enerji təchizatının, dəniz ticarətinin və naviqasiyanın təhlükəsizliyinin təmin edilməsi qlobal sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində bu istiqamətdə töhfə verməyə hazırdır".

Əlavə edilib ki, “Ankara ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı alqışlayır və müvafiq memorandumun imzalanmasının regionda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid edir”.

"Türkiyə regional sülhün və sabitliyin qorunmasına üstünlük verən və problemlərin dialoq və diplomatiya yolu ilə həllini dəstəkləyən bir yanaşmaya sadiqdir. Bu kontekstdə bütün maraqlı tərəflərin əldə edilmiş razılaşmaları həyata keçirmək və onları pozmaq cəhdlərinin qarşısını almaq üçün təmkin və məsuliyyət göstərməsi vacibdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş