Neft zavodu PUA-larla vurulub
Ukrayna Moskvaya növbəti PUA hucumu edib. AYNA.AZ xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.
PUA Moskva Neft Emalı Zavodunu hədəfə alıb. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 33 PUA-nı məhv edib.
Dronlardan birinin qalıqları Moskvanın cənub-şərqində yerləşən “Sadovod” ticarət mərkəzinin ərazisinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə fövqəladə xidmət əməkdaşları cəlb olunub.
Hücum fonunda Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Sergey Sobyanin bildirib ki, Moskva istiqamətində PUA hücumu davam edir və Moskva Neft Emalı Zavoduna edilən zərbələrin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.