Xuan Quaido cinayətkar qruplaşma ilə əlaqədə ittiham olunur

Dünya

14.09.2019 - 21:29

Xuan Quaidonun narkotik və qanunsuz silah alveri ilə məşğul olan qruplaşma ilə əlaqələrinin olduğu iddia olunur

 

Venesuelanın baş prokuroru Tarek Wiliam Saab özünü müvəqqəti Prezident elan edən müxalif  Milli Assambleyanın Prezidenti Xuan Quaido ilə bağlı istintaq işi başladığını söyləyib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, istintaq Quaidonun Venesuelada narkotik və silah satışı ilə məşğul olan "Los Rastrajos" qruplaşması ilə əlaqəli olması ittihamı ilə başladılıb.

 

Baş prokuror "Rastrajos"un bölgədəki cinayətkar təşkilatlar üçün fəaliyyət göstərən bir qruplaşma olduğunu söyləyib: "Bu yaxınlarda Venesuela vətəndaşı olan Quaidounun narkotik və qanunsuz silah qruplaşması olan "Los Rastrojas" ilə əlaqədə olmasına dair ciddi dəlillər əldə edilib və istintaq işinin başlanmasına qərar verilib".

 

Prokuror əldə olunan görüntülərin sıradan görüntülər olmadığını bildirib. O əlavə edib ki, sözügedən cinayətkarların Quaido ilə olan fotoşəkilləri Quaido və tərəfdaşlarının bu təşilatla əlaqədə olma iddiasının sübutudur.  

Muhalif lider Guaido’nun başını ağrıtan kareler! Soruşturma başlatıldı

Müəllif: Mərahim Nəsib