Erməni qadınlar küçələrdəki zibil qablarını dağıdıb, polisə qarşı güc tətbiq etməyə çalışıblar
Gürcüstanda yaşayan bir qrup erməni paytaxt Tiflisdə Azərbaycan əleyhinə aksiya keçirməyə cəhd göstərib. AYNA gürcü mediasına istinadən bildirir ki, ermənilərin bu cəhdinin qarşısını hüquq-mühafizə orqanlarının əməkdaşları alıblar.
20 nəfərə yaxın və əksəriyyəti qadınlardan ibarət olan qrup paytaxt metrosunun Ablavari stansiyasının yanında Azərbaycan səfirliyinin binasına qədər yürüş etməyə cəhd göstərib. Avropa meydanının yanında polislə qarşıdurma yaşanıb. Qarşıdurma və qarışıqlıq yaratmağa, təxribat törətməyə çalışan ermənilərin cəhdi baş tutmayıb.
Erməni qadınlar küçələrdəki zibil qablarını dağıdıb, polisə qarşı güc tətbiq etməyə çalışıblar. Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib.
Ermənilərin aksiyası baş tutmayıb və onlar dağılmağa məcbur olublar.