"Telegram"da İOS-la bağlı mühüm yenilik tətbiq olunub
"Telegram" messencerinin tərtibatçıları “iPhone” üçün proqramı 9.0.1 versiyasınadək yeniləyiblər. AYNA “Telegram Info” kanalına istinadə xəbər verir ki, indi proqram yalnız iOS 11 və daha yüksək versiyalarla işləyən cihazlarda dəstəklənir.
Beləliklə, indi “App Store”dan "Telegram"ı yalnız “iPhone 5s” və daha yeni modellərin sahibləri quraşdıra bilər.
Qeyd olunur ki, “iPhone” üçün "Telegram"ın yeni versiyasında əvvəlki yeniləmədə yox olan hiperlink funksiyası formatlaşdırma menyusuna qaytarılıb. Həmçinin, mənbənin sözlərinə görə, messencer indi status və reaksiya seçərkən “Telegram Premium” abunəçiləri üçün əlçatan olan fərdi emojilərin axtarışına malikdir.