Təl-Əvivdəki terrorda ölən və yaralananlar turistlərdir

Dünya

08.04.2023 - 06:44

cedabet dərman SEO Xidməti

Yaralanan üç turistin vəziyyəti orta-ağırdır

İsrailin paytaxtı Təl-Əvivdə törədilən terror aktı nəticəsində ölən və yaralananlar turist olublar.

APA xəbər verir ki, bu barədə təcili yardım xidməti məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan turistlər tibb müəssisələrinə aparılıb.

Ölən şəxs İtaliyadan gələn qonaq olub. Üç turistin vəziyyəti orta-ağırdır. Digər iki nəfər isə yüngül xəsarət alıb.

Xatırladaq ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş