Suriya Prezidenti üç ildən sonra İrana səfər edib

Dünya

09.05.2022 - 09:41

Əsəd Tehranda Xameneyi və Rəisi ilə görüşüb

Suriya Prezidenti Bəşər Əsəd üç ildən sonra ilk dəfə İrana səfər edib. AYNA xəbər verir ki, bu barədə Suriya Xəbər Agentliyinin “Twitter” hesabında məlumat yerləşdirilib.

Səfər zamanı B.Əsəd Tehranda İranin Ali dini lideri Ayətullah Əli Xameneyi və Prezident İbrahim Rəisi ilə görüşüb.

“Tərəflər ikitərəfli əməkdaşlıq və bir sıra regional əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Xameneyinin “Leader.ir” saytı isə Əsədlə görüşdə İranın ruhani liderindən sitat gətirib və o, “iki ölkə arasında münasibətləri gücləndirmək üçün əvvəlkindən daha fəal səylər göstərilməlidir”, deyib.

Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan münaqişədən sonra Əsədin Tehrana ilk səfəri 2019-cu ilin fevralında baş tutmuşdu.

Müəllif: Ayna.az