Suriya ilə bağlı danışıqlar yenə Nur-Sultanda keçiriləcək

Dünya

07.12.2021 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

"Bütün tərəflər - qarant ölkələr və müşahidəçilər görüşdə iştiraklarını təsdiqləyiblər

Qazaxıstanın paytaxtı Nur-Sultanda Suriya üzrə danışıqlar keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

XİN rəsmisi qeyd edib ki, Suriya üzrə danışıqlar dekabrın 21-22-də aparılacaq. 

"Bütün tərəflər - qarant ölkələr və müşahidəçilər görüşdə iştiraklarını təsdiqləyiblər", - deyə Smadiyarov vurğulayıb.

Xatırladaq ki, Suriya üzrə 16-cı beynəlxalq yüksəksəviyyəli toplantı iyulun 7-8-də qarant ölkələrin, Suriya hökumətinin və silahlı müxalifətin nümayəndə heyətlərinin iştirakı ilə Nur-Sultanda keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş