Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Sumqayıt şəhərində bir-birinə bitişik tikilən evlərdə yanğın olub.
AYNA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 2 azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.