Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Hadisə

17.01.2024 - 07:55

Baş Prokurorluq araşdırmaya başlayıb

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib.

Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Müəllif: Ayna.az