Sülhməramlılar Qarabağda atəşkəs rejiminin 3 dəfə pozulduğunu açıqlayıb

Xəbərlər

27.11.2022 - 17:11

Sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi ilə birgə araşdırma aparır

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları atəşkəs rejiminin üç dəfə pozulması faktını qeydə alıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin informasiya bülletenində qeyd edilib.

Bildirilib ki, bu faktlar üzrə Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi ilə birgə araşdırma aparır.

Bülletendə həmçinin bildirilib ki, sülhməramlılar Ağdərə, Xocavənd və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçiriblər: “30 müşahidə məntəqəsində vəziyyətin monitorinqi davam edir”.

Sülhməramlılarının mühəndis və istehkam dəstələri sutka ərzində 1 hektar ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib.

Müəllif: Ayna.az