Ölüm heç Amerikada da ucuz başa gəlmirmiş

Xəbərlər

15.07.2019 - 11:30

Sadə baş daşları 1500 dollardan tutmuş 5000 dollaradək qiymətədir

 

ABŞ-ın Miçiqan ştatında yaşayan azərbaycanlı jurnalist Elman Eldaroğlu sosial şəbəkədə qəbir daşları ilə bağlı maraqlı fikir paylaşıb. AYNA həmin paylaşımı təqdim edib:

 

“Bu gün Miçiqanda məzar daşlarının qiyməti ilə maraqlandım. Sadə baş daşları 1500 dollardan tutmuş 5000 dollaradək qiymətədir. Sən demə, qəbir məslələsi burada da asan başa gəlmir.

 

Yer haqqı adi baş daşı ilə birlikdə 5000-7000 dollara başa gəlir. Deməli, təkcə bizdə yox, Amerikada da ölmək məsləhət deyil”.

Müəllif: Ayna.az