Süleyman Soylu istefa verib?

Dünya

27.09.2022 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyənin daxili işlər naziri istefa ərizəsini Ərdoğana təqdim edib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verib. AYNA türkiyə mediasına istinadən bildirir ki, nazir istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Hələlik Türkiyə dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi məlum deyil.

Xatırladaq ki, ötən gecə Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda qadın terrorçuların polis məntəqəsinə silahlı hücumu zamanı bir polis əməkdaşı həlak olub, daha bir asayiş keşikçisi yaralanıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisəni terror aktı adlandırıb. Soylu qeyd edib ki, terrorçulardan ikisi ələ keçməmək üçün özlərini partladıb.

Nazirin istefasının da məhz sonuncu olayla əlaqədar olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş