Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib

Xəbərlər

04.03.2023 - 19:29

Prezident İlham Əliyev fərman imzalayıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Belə ki, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilib.

Müəllif: Ayna.az