Sabaha hava proqnozu

Xəbərlər

24.08.2019 - 14:05

Bəzi qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir

 

Bakıda və Abşeron yarımadasında avqustun 25-də şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, avqustun 25-də havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % olacaq.

 

Abşeron çimərliklərində

 

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.

Müəllif: Ayna.az