Bəzi ərazilərin qazı kəsilib

Xəbərlər

16.08.2019 - 11:33

Bu müddət ərzində magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq

 

Bu gün saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu Ceyranbatan, Saray, Müşviqabad, 28 may qəsəbələri, Çaylı-Qobustan yaşayış massivi, eləcə də Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.

 

Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.

Müəllif: Ayna.az