Stoltenberq: "NATO-nun Ukraynaya dəstəyi sarsılmazdır"

Dünya

28.09.2022 - 03:19

Baş katib: "Rusiyanın keçirdiyi saxta referendumun legitimliyi yoxdur"

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

AYNA xəbər verir ki, bu barədə Stoltenberq “Twitter“də bildirib.

 

“Prezident Zelenski ilə danışdım və NATO müttəfiqlərinin Ukraynanın suverenliyi və özünümüdafiə hüququna dəstəyimizin sarsılmaz olduğunu dedim. Rusiya tərəfindən keçirilən saxta referendumun legitimliyi yoxdur və bu, açıq şəkildə beynəlxalq hüququn pozulmasıdır. Bu torpaqlar Ukraynadır”, - NATO Baş katibi deyib.

Müəllif: Ayna.az